Azərbaycanda heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi
tədbirləri çərçivəsində xarici ölkələrdən məhsuldar heyvan sortlarının
gətirilməsinə maraq artıb. Təchizatçı şirkətlər və sahibkarlar tərəfindən ölkəmizə
gətirilən yeni iribuynuzlu və xırdabuynuzlu heyvanların yerli təsərrüfatlarda
yetişdirilməsi genişlənir.
Ölkəmizə “Aqronaft” MMC şirkəti tərəfindən Avropadan məşhur Laqun qoyunlan
gətirilib. Bu qoyunlar yerli sortlardan südlük və ətlik xüsusiyyətləri ilə seçilir,
eyni zamanda yerli iqlim şəraitinə sürətlə uyğunlaşırlar.
Laqun qoyun cinsi cənub-şərqi Fransada seleksiya yolu ila Tarn departamentinin
Mon-de-Lakon əyalətində yetişdirilmiş və həmin yerin adı ilə də adlandırılmışdır.
Cinsin yaradılmasında Merinos cinsindən istifadə edilmişdir. Bu cinsin əti, südü
va yunu qiymətli xammal hesab edilir.
Bu gün Laqun qoyun cinsi dünyanın ən məhsuldar südlük cinslərindən biri hesab
edilir. Zəngin tarkibi, nafis dadi va ətrinə görə Laqun qoyunlarının südü pendir
istehsalında geniş istifadə olunur. Fransada ondan məşhur mavi qalibli yarı sart
Roquefort, İspaniyada isa pasterizə edilmiş sart Mancho pendiri hazırlanır. Laqun
qoyunlarının rəngi ağ, yunu isə zərifdir. Erkaklardan 2,5 kq, dişilərdən isə 1,5 kq
yun əldə etmək olar.
Laqun qoyun cinsi, əsasən yaşıl və quru ot, yonca, danli yemlər və xüsusi
hazırlanmış yemlərə daha çox tələbkardır. Bu cins heyvanları həm otlaqda, həm
də qapalı şəraitdə yetişdirmək mümkündür. Laqun qoyunları xəstəliklərə
davamlıdır.
Bu qoyun cinsini ham aran, həm də dağlıq ərazidə yetişdirmək olur. Heyvanları
iri komplekslarda saxladıqda xüsusi sağım aparatlarına tez uyğunlaşa bilirlər.