“Aqronaft” MMC şirkəti 2018-ci il yanvarın 12-sində təsis edilmişdir.Şirkətin əsas fəaliyyəti iri və xırdabuynuzlu damazlıq heyvanların 60%-lik dövlət güzəştli satışını həyata keçirtməkdir.

Qürur hissi ilə qeyd edə bilərik ki , “Aqronaft” MMC Azərbaycan Respublikasının kənd təsərrüfatı bazarına yeni daxil olmasına baxmayaraq qısa müddət ərzində yüksək keyfiyyətli məhsulları ilə respublikada tanınmışdır. Aqrar sahədə uzun illər təcrübəsi olan işçi heyətinin yüksək səviyyədə göstərdikləri xidmət nəticəsində bir çox kəndli və fermerlərin üzünü güldürmüşdür. Heyvanlar Fransa, Avstriya, Bolqarıstan, Almaniya və digər Avropa ölkələrindən idxal olunur. Artım üçün əlverişli ətlik və südlük verimi yüksək olan heyvanların bizim iqlimə tam uyğun olduğu Kənd Təsərrüfatı Nazirliyi tərəfindən öz təsdiqini tapmışdır.

Cəmiyyətin digər fəaliyyəti Türkiyənin “Tartek” firmasının kənd təsərrüfatı texnikalarının satışını həyata keçirməkdir. Aqronaft MMC “Tartek” firmasının rəsmi və yeganə distributorudur. “Tartek” firmasının istehsal etdiyi kənd texnikaları dünya və Avropa standartlarına tam olaraq cavab verir. Bundan əlavə, Cəmiyyət heyvandarlığın inkişafı üçün müxtəlif növ yüksək əhəmiyyətli avadanlıqların istehsalı ilə məşğul olan Türkiyənin “KURTSAN” şirkətinin Azərbaycandakı rəsmi distribyutorudur.İstehsal təsərrüfatı zamanı yüksək keyfiyyətli və müasir texnologiyalardan istifadə edilir. Hər bir texnikaya satış zamanı rəsmi istehsalçı zəmanəti verilir. Bundan əlavə olaraq Cəmiyyət kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin, texnoloji avadanlıqların, mineral gübrələrin və dərmanların (pertisitlər) sifarişlə satışını həyata keçirir.

Qədim zamanlardan bu günə kimi öz ənənəsini qoruyub saxlayan və günün tələbinə uyğun olaraq daim inkişaf edən kənd təsərrüfatının ən vacib qollarından biri də maldarlıqdır. Böyük və Kiçik Qafqaz dağ silsilələrində yerləşən Azərbaycan maldarlıq sahəsinin inkişafı üçün lazım olan bütün yerüstü və yeraltı servətlərə malikdir. Bu səbəbdən də respublika ərazisində maldarlığın inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Bele ki, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli fərmanına əsasən ölkə ərazisinə idxal edilən cins damazlıq heyvanların istər lizinq yolu ilə, istərsə də nəğd satışında idxal qiymetinə edilən 60 faizlik dövlət güzəşti bunun ən bariz nümunəsidir. Aqrar sahədə aparılan islahatlar, xüsusilə də özəl sektorun inkişaf etdirilməsinə yönəldilmiş islahatlar nəticəsində kənd təsərrüfatı məhsullarının idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırılmış və nəticədə Azərbaycan artıq bu sahədə ixrac edən dövlətə çevrilmişdir. Ölkə ərazisində ət, süd və süd məhsulları istehsalının 90 faizi bu sahədə fəaliyyət göstərən 3000-dən çox kəndli-fermer təsərrüfatının payına düşür.

“AQRONAFT” Məhdud Məsuliyyətli Cəmiyyətin əsas xidmət istiqaməti də məhz bu sahənin inkişafına yönləndirilmişdir. Respublikanın aqrar bazarına yeni daxil olmağımıza baxmayaraq artıq, kənd təsərrüfatı məhsulları istehsalçılarının rəğbətini qazanmağa nail olmuşuq.