Ana Səhifə/ Məhsullar
| Xüsusiyyət | Dəyərlər / Açıqlama |
|---|---|
| Ümumi həcm | 12 m³ |
| Uyğun traktor gücü | Minimum 70 a.g. (at gücü) |
| Qarışdırma sistemi | Şaquli vida (1 və ya 2 ədəd) |
| Yem paylama sistemi | Hidravlik lent və ya spiral çıxış |
| Çəkisi (boş halda) | Təqribən 3800–4500 kq |
| Uzunluğu | Təqribən 5.5 – 6.0 metr |
| Eni | Təqribən 2.2 – 2.5 metr |
| Hündürlüyü | 2.5 – 2.9 metr |
| Paylama qapısı | 1 və ya 2 tərəfli (istəyə bağlı) |
| Təkər sistemi | 2 təkərli, ağır yüklərə davamlı |
| Enerji ötürülməsi | PTO (traktorun güc çıxışı) vasitəsilə |
| Əlavə funksiyalar | Elektron tərəzi sistemi, maqnit, kamera |
Təsvir:
12 kubmetr həcmində olan yem qarışdıran və paylayan maşın iri heyvan fermalarında gündəlik yemləmə işlərini səmərəli və tez yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Bu maşın müxtəlif növ yem komponentlərini (silo, saman, ot, qarğıdalı, qarışıq yemlər və s.) homogen şəkildə qarışdırır və sonra avtomatik və ya yarıavtomatik şəkildə paylayır.
Yemlərin homogen qarışdırılması heyvanın rasionunu balanslaşdırır.
İşçi qüvvəsinə olan ehtiyacı azaldır.
Vaxta qənaət və yem itkisini minimuma endirir.
İstifadəsi sadə və baxımı asandır.
Elektron tərəzi ilə yem miqdarına tam nəzarət imkanı yaradır.