Ana Səhifə/ Məhsullar
| Xüsusiyyət | Göstərici |
|---|---|
| Çizel (diş) sayı | 5 – 7 – 9 (modelə görə dəyişir) |
| İşləmə eni | 200 – 300 sm |
| İşləmə dərinliyi | 40 – 60 sm (tənzimlənə bilər) |
| Traktor gücü tələbi | 100 – 200 HP |
| Qoşulma tipi | 3 nöqtəli asma |
| Çəki | 700 – 1200 kq |
| Material | Yüksək möhkəmlikli struktur polad |
| Əlavə opsiyalar | Mərdanəli və ya mərdanəsiz |
Torpaq partladan (çizel) – torpağın alt qatlarında yaranmış sıxlaşmanı (planta təbəqəsini) aradan qaldırmaq üçün istifadə olunan dərin şumlayıcı aqreqatdır. Ənənəvi kotanlardan fərqli olaraq, torpağı çevirmədən, dərinlikdə çatlatma prinsipi ilə işləyir. Bu, torpağın su tutumunu artırır, kök sisteminin daha dərinə getməsini təmin edir və eroziya riskini azaldır.
Təyinat: Torpağın dərin qatlarının parçalanması (partladılması)
İş prinsipi: Torpağı çevirmədən dərinlikdə çatlatma və havalandırma
Uyğun torpaqlar: Sıxlaşmış, bərkimiş, az nəmli və quraq torpaqlar
Əkin sahələri: Taxıl, pambıq, qarğıdalı, günəbaxan, tərəvəz və s.
Üstünlüklər:
Torpaq keçiriciliyini və havalanmasını artırır
Suyun dərinliyə keçməsini asanlaşdırır
Bitki köklərinin inkişafını sürətləndirir
Torpağın təbii strukturunu qoruyur (çevirmədən işlədiyi üçün)