Ana Səhifə/ Məhsullar
| Texniki Göstərici | Dəyəri |
|---|---|
| İşləmə eni | 1800 – 3000 mm (modeldən asılı olaraq) |
| Bıçaq tipi | Tərli və ya dik |
| Bıçaq sayı | 42 – 96 ədəd |
| Mərdanə | Var (arxada, tənzimlənə bilən) |
| İşləmə dərinliyi | 12 – 25 sm (tənzimlənə bilir) |
| Traktor gücü tələbi | Minimum 70 – 130 a.g. |
| Enerji ötürməsi | Traktor PTO ilə (şaft vasitəsilə) |
| Çəkisi | 700 – 1300 kq |
| Qoşulma tipi | 3 nöqtəli asqı sistemi |
| Tətbiq sahəsi | Torpaq hazırlığı, səthin bərabərləşdirilməsi, toxum yatağı formalaşdırılması |
Mərdanəli torpaq frezi – torpağın əkinə hazırlanması üçün istifadə edilən müasir aqreqatdır. Bu frez torpağı tərli və ya dik bıçaqlı sistemlə yumşaldır, alaq otlarını və qalıqları doğrayaraq torpağa qarışdırır. Arxasında yerləşən mərdanə torpağı sıxaraq səthin hamarlanmasını və toxum yatağının ideal vəziyyətə gətirilməsini təmin edir. Mərdanə, torpağın nəmini saxlamaq və suyun bərabər yayılmasını da dəstəkləyir.
Toxum yatağı üçün hamar və bərabər səth
Torpağın dərin və effektiv şəkildə becərilməsi
Torpağın strukturunun yaxşılaşdırılması və hava-su balansının qurulması
Alaq otlarının və qalıqların torpağa qarışdırılması
Mərdanə ilə torpağın sıxılması və su itkisinə qarşı qoruma
Traktorla asan qoşulma, sadə və davamlı quruluş
Az texniki xidmət ehtiyacı