Ana Səhifə/ Məhsullar
| Göstərici | Ətraflı məlumat |
|---|---|
| Cinsin adı | Île-de-France |
| Mənşə ölkəsi | Fransa |
| İstiqamət | Ətlik |
| Yetkin qoç çəkisi | 110 – 150 kq |
| Yetkin ana çəkisi | 70 – 90 kq |
| Ət çıxım faizi | 55 – 60% |
| Doğum qabiliyyəti | Yüksək (bir çox hallarda əkiz doğuş) |
| Quzuların böyümə tempi | 12 həftəyə qədər 35–40 kq canlı çəki |
| Yun keyfiyyəti | Orta (ətlik istiqamətli olduğundan əsas deyil) |
Île-de-France qoyunu – Fransa mənşəli, yüksək məhsuldarlığa malik olan ətlik istiqamətli qoyun cinsidir. Əsasən ət istehsalı üçün yetişdirilir və dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Bu cins yüksək çəkili, sürətli inkişaf edən quzuları və əla ət keyfiyyəti ilə seçilir.
Yüksək ət çıxımı – karkasdan alınan təmiz ətin faizi yüksəkdir
Sürətli canlı çəki artımı – quzular tez böyüyür
Yemə qarşı yaxşı çevrilmə qabiliyyəti
Ana qoyunların doğum göstəriciləri yüksəkdir
İqlimə uyğunlaşma qabiliyyəti yaxşıdır – həm mülayim, həm soyuq iqlimlərdə saxlanıla bilir