Əlaqə

(+994 50) 511 83 80

Ünvan

Bakı ş., Qaradağ r., Xocəsən yolu 158

İş Vaxtı

09:00 - 18:00

Haqqımızda

Ana Səhifə/ Haqqımızda

Haqqımızda

Aqronaft – Fermerin Güvən Yeri

2018-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Aqronaft” MMC, damazlıq heyvan və kənd təsərrüfatı texnikalarının dövlət güzəşti ilə satışını həyata keçirir.

Türkiyənin “Tartek” və “Kurtsan” brendlərinin rəsmi tərəfdaşı olaraq, müştərilərinə 60%-dək güzəştli heyvanlar, 40%-dək güzəştli texnika, peşəkar servis və texniki dəstək təqdim edir. Yüksək keyfiyyət, etibarlı xidmət və davamlı dəstək – bütün bunlar Aqronaft-ın əsas dəyərləridir.

Beynəlxalq Təcrübəyə Əsaslanan Yerli Uğur

“Agronaft” MMC Türkiyənin tanınmış “Tartek” brendi ilə rəsmi əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ən son texnologiyalara əsaslanan kənd təsərrüfatı texnikaları Azərbaycana idxal olunur və yerli fermerlərə təqdim edilir. Eyni zamanda, süd və ət istiqamətli damazlıq heyvanlar – Holstein, Simmental, Swiss, Angus, Jersey, Alpine Goat və digərləri – dövlət dəstəyi ilə 60% güzəştli şərtlərlə təqdim olunur.

Dövlət Güzəştləri ilə Fermerin Yanındayıq

“Agronaft” MMC-nin təqdim etdiyi texnika və heyvanların böyük hissəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 40% və 60% güzəştlərlə təmin olunur. Bu sistem fermerlərə daha az maliyyə yükü ilə texnologiyaya və məhsuldar heyvanlara çıxış imkanı verir. Şirkət olaraq biz yalnız satış deyil, lizinq, məsləhət və texniki dəstək xidmətlərini də təqdim edirik.

Niyə Məhz Biz?

Məhsullarımız

Fermerlər Üçün Doğru Məhsullar

Fermerlər üçün düşünülmüş yüksək məhsuldarlığa malik damazlıq heyvanlar və müasir kənd təsərrüfatı texnikaları – hamısı bir ünvanda!
“Aqronaft” MMC olaraq, sizə sertifikatlı damazlıq heyvanlar, dövlət güzəşti ilə texnikalar, ehtiyat hissələripeşəkar servis dəstəyi təqdim edirik. Məhsullarımız beynəlxalq standartlara uyğun, zəmanətli və tam dəstəklə təhvil verilir.

Damazlıq Heyvanlar

Simmental
Holstein
Angus
Alpine keçisi
Swiss & Jersey inəkləri
60%-dək dövlət güzəşti ilə!

Kənd Təsərrüfatı Texnikaları

Tartek – güvənilən Türkiyə brendi
Kurtsan – südçülük texnikaları
Claas, New Holland, John Deere kombaynları üçün servis və ehtiyat hissələri

Təkərlər

Armour – Çin istehsalı, yüksək yol tutumu ilə kənd təsərrüfatı üçün ideal traktor təkərləri