Ana Səhifə/ Məhsullar
| Xüsusiyyət | Göstərici |
|---|---|
| Disk sayı | 20 – 28 (modeldən asılı olaraq) |
| Disk diametri | 460 – 610 mm |
| İşləmə eni | 2.5 – 3.5 m |
| İşləmə dərinliyi | 8 – 18 sm |
| Vərdənə tipi | Spiral (burulğan) |
| Traktor gücü tələbi | 80 – 130 HP |
| Qoşulma tipi | 3 nöqtəli asma və ya qoşqulu |
| Çəki | 800 – 1300 kq |
| Material | Gücləndirilmiş polad |
Diskli mala – spiral vərdənəli torpağın dərin və səmərəli becərilməsi üçün nəzərdə tutulmuş aqreqatdır. Disklər torpağı kəsərək parçalayır, spiral vərdənə isə torpağı bərabər şəkildə hamarlayaraq səthin sıxılmasını təmin edir. Bu quruluş torpağın nəmliyinin qorunmasına və səthdə olan qalıqların torpağa qarışdırılmasına kömək edir.
Təyinat: Torpağın becərilməsi, alaqların məhv edilməsi və səthin hamarlanması
Disk sayı: Modeldən asılı olaraq dəyişir
Disk diametri: 460 – 610 mm arasında olur
Spiral vərdənə: Torpağı sıxır, bərabərləşdirir və nəm saxlayır
Tətbiq sahəsi: Taxıl, pambıq, qarğıdalı, günəbaxan və digər sahələr
Üstünlüklər:
Disklərin torpağı parçalama və qarışdırma funksiyası
Spiral vərdənənin səthi sıxması və hamarlaşdırması
Torpaq nəmliyinin qorunması
Aşınmaya davamlı konstruksiya