Ana Səhifə/ Haqqımızda
2018-ci ildən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Aqronaft” MMC, damazlıq heyvan və kənd təsərrüfatı texnikalarının dövlət güzəşti ilə satışını həyata keçirir.
Türkiyənin “Tartek” və “Kurtsan” brendlərinin rəsmi tərəfdaşı olaraq, müştərilərinə 60%-dək güzəştli heyvanlar, 40%-dək güzəştli texnika, peşəkar servis və texniki dəstək təqdim edir. Yüksək keyfiyyət, etibarlı xidmət və davamlı dəstək – bütün bunlar Aqronaft-ın əsas dəyərləridir.
“Agronaft” MMC Türkiyənin tanınmış “Tartek” brendi ilə rəsmi əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ən son texnologiyalara əsaslanan kənd təsərrüfatı texnikaları Azərbaycana idxal olunur və yerli fermerlərə təqdim edilir. Eyni zamanda, süd və ət istiqamətli damazlıq heyvanlar – Holstein, Simmental, Swiss, Angus, Jersey, Alpine Goat və digərləri – dövlət dəstəyi ilə 60% güzəştli şərtlərlə təqdim olunur.
“Agronaft” MMC-nin təqdim etdiyi texnika və heyvanların böyük hissəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə 40% və 60% güzəştlərlə təmin olunur. Bu sistem fermerlərə daha az maliyyə yükü ilə texnologiyaya və məhsuldar heyvanlara çıxış imkanı verir. Şirkət olaraq biz yalnız satış deyil, lizinq, məsləhət və texniki dəstək xidmətlərini də təqdim edirik.
Fermerlər üçün düşünülmüş yüksək məhsuldarlığa malik damazlıq heyvanlar və müasir kənd təsərrüfatı texnikaları – hamısı bir ünvanda!
“Aqronaft” MMC olaraq, sizə sertifikatlı damazlıq heyvanlar, dövlət güzəşti ilə texnikalar, ehtiyat hissələri və peşəkar servis dəstəyi təqdim edirik. Məhsullarımız beynəlxalq standartlara uyğun, zəmanətli və tam dəstəklə təhvil verilir.

Simmental
Holstein
Angus
Alpine keçisi
Swiss & Jersey inəkləri
60%-dək dövlət güzəşti ilə!

Tartek – güvənilən Türkiyə brendi
Kurtsan – südçülük texnikaları
Claas, New Holland, John Deere kombaynları üçün servis və ehtiyat hissələri

Armour – Çin istehsalı, yüksək yol tutumu ilə kənd təsərrüfatı üçün ideal traktor təkərləri