Ana Səhifə/ Məhsullar
| Texniki Göstərici | Dəyəri |
|---|---|
| İşləmə eni | 90 – 160 sm (modeldən asılı olaraq) |
| Bıçaq tipi | Əyri və ya tərli tip |
| Bıçaq sayı | 18 – 36 ədəd |
| İşləmə dərinliyi | 10 – 18 sm (tənzimlənə bilər) |
| Traktor gücü tələbi | Minimum 25 – 50 a.g. |
| Enerji ötürməsi | PTO – şafta qoşulur |
| Çəkisi | 200 – 350 kq |
| Qoşulma tipi | 3 nöqtəli asqı sistemi və ya çəkilən |
| Tətbiq sahəsi | Meyvə bağları, üzüm sahələri, fidanlıqlar |
Bağ frezi – xüsusilə bağçılıq və meyvəçilik sahələrində, ağacların və kolların arası kimi dar və həssas ərazilərdə torpağın becərilməsi üçün istifadə edilən yığcam və çevik aqreqatdır. Bu frez torpağı yumşaldır, alaq otlarını təmizləyir və su-hava balansını yaxşılaşdırır. Ənənəvi frezlərdən fərqli olaraq, kompakt ölçüləri sayəsində ağac gövdələrinə yaxın sahələrdə zərərsiz və səmərəli işləmə imkanı verir.
Dar ərazilərdə – ağac və kol aralarında istifadə üçün ideal
Yüngül və çevik quruluş
Alaq otlarının təmizlənməsi və torpağın havalandırılması
Torpağın strukturunu pozmadan yumşaq becərmə
Traktorla və ya motobloqla asan qoşulma
Aşağı yanacaq və enerji sərfiyyatı
Sadə istismar və texniki qulluq