Ana Səhifə/ Məhsullar
| Texniki Göstərici | Dəyəri |
|---|---|
| Model | Herbisit 600 LT |
| İstifadə məqsədi | Ot və alaq otlarına qarşı |
| Çən tutumu | 600 litr |
| Çiləmə qolunun uzunluğu | 12 – 16 metr |
| Pompa tipi | Membranlı və ya pistonlu |
| Çalışma təzyiqi | 3 – 20 bar |
| Material | Kimyəvi maddəyə davamlı plastik, metal |
| Qoşulma sistemi | 3 nöqtəli (traktor arxası) |
| Filtr sistemi | Daxili və xarici filtrlər |
| Orta məhsuldarlıq | 8-12 ha/saat (şərtlərə görə) |
| Ağırlıq | Təqribən 200-250 kq |
Ümumi Məlumat:
Herbisit 600 LT ot üçün dərmansəpən, əsasən geniş sahələrdə alaq otlarına və zərərvericilərə qarşı kimyəvi maddələrin səpilməsi üçün istifadə olunur. Bu tip dərmansəpənlər traktorun arxasına qoşularaq işləyir və kənd təsərrüfatı məhsuldarlığını artırmaq məqsədilə sahəyə dərmanın bərabər şəkildə yayılmasını təmin edir. Xüsusilə taxıl, qarğıdalı, pambıq, günəbaxan və digər genişərazilərdə əkin sahələrində geniş tətbiq olunur.
Əsas Xüsusiyyətlər:
Tutumu: 600 litr
Çiləyici qol uzunluğu: Adətən 12 – 16 metr arasında olur (modeldən asılı olaraq)
Nasos tipi: Membranlı və ya pistonlu (modelə görə dəyişir)
Material: Kimyəvi maddələrə davamlı plastik və paslanmayan metal hissələr
Filtr sistemi: Daxili və xarici filtr sistemi ilə dərmanın təmiz ötürülməsi
Quruluşu: Traktora 3 nöqtəli sistemlə bağlanır
Çalışma təzyiqi: 3-20 bar arası tənzimlənə bilir