Aqrar sektorun inkişafına töhfə verməyi əsas məqsəd kimi qarşıya qoyan Aqronaft MMC fəaliyyət dairəsini daha da genişləndirərək mühüm əməkdaşlığa imza atıb. Belə ki, Şaktiman (Shaktiman) markasının Azərbaycanda rəsmi distributoru statusu artıq Aqronaft MMC-yə məxsusdur.

Dünya üzrə aqrar texnika və aqreqatların istehsalında tanınan Şaktiman markası yüksək keyfiyyət, möhkəm konstruksiya və uzunömürlü istismar xüsusiyyətləri ilə seçilir. Marka xüsusilə torpaq becərilməsi, səpin və digər kənd təsərrüfatı işləri üçün nəzərdə tutulmuş müasir aqreqatları ilə fermerlər arasında geniş etimad qazanmışdır.
Rəsmi distributor statusu çərçivəsində Aqronaft MMC Şaktiman məhsullarının orijinal və zəmanətli şəkildə satışını, texniki dəstək və ehtiyat hissələri təminatını həyata keçirəcək. Bu əməkdaşlıq yerli fermerlərin dünya standartlarına cavab verən aqrar texnikalara daha rahat çıxışını təmin edəcək.
Aqronaft MMC olaraq məqsədimiz müştərilərə etibarlı brendlər, keyfiyyətli məhsullar və peşəkar xidmət təqdim etmək, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına dəstək olmaqdır. Şaktiman markası ilə qurulan bu rəsmi tərəfdaşlıq aqrar sahədə davamlı inkişaf yolunda atılan növbəti mühüm addımdır.

Şaktiman məhsulları və satış şərtləri ilə bağlı ətraflı məlumat əldə etmək üçün Aqronaft MMC-yə müraciət edə bilərsiniz.
Aqronaft MMC – aqrar texnikada etibarlı seçim, güclü tərəfdaşlıq.